“Xəzər Lənkəran”ın yeni transferi Vyekoslav Tomiçin Topaz Premyer Liqasının XIX turunun açılış matçında ehtiyatda qalmasının səbəbi bəlli olub. Apasport.az saytının məlumatına görə, 30 yaşlı xorvatiyalı qapıçı işinə məsuliyyətsiz yanaşdığı üçün “Qarabağ”la görüşdə meydanda çıxmayıb.
Belə ki, qış fasiləsində böyük ümidlərlə “Xəzər Lənkəran”a transfer olunan Tomiç məşqlərdə özünü yaxşı tərəfdən göstərə bilmir. Daha doğrusu, onun işinə laqeyd yanaşması diqqətlərdən yayınmır. Məhz bu səbəbdən də “ağ-yaşıllar”ın məşqçilər korpusu xorvatiyalının əvəzinə gənc Orxan Sadıqlıya güvənməyi üstün tutub.
21 yaşadək futbolçulardan ibarət millimizin üzvü olan Sadıqlı isə, öz növbəsində etimadı doğrultmaq üçün əlindən gələni edib. O, komandasının “Qarabağ” üzərində 1:0 hesabı ilə qələbə qazanmasında böyük pay sahibi olub.
- “Fənərbaxça”da İsmail Kartal dönəmi başa çatdı - RƏSMİ - YENİLƏNİB
- "Fənərbaxça"dan sonra “Qalatasaray” da açıqlama yaydı: “Sonda yenə yaxşılar qalib gələr”
- “Mançester Yunayted” Maykl Kerriklə bağlı qərar verdi
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal