“İstənilən halda, qrupumuz normaldır. Buna baxmayaraq, bizə asan olmayacağını bilirəm. Fikrimcə, İtaliya və Xorvatiya Avropa çempionatına birbaşa vəsiqə qazanacaq”. Apasport.az saytının məlumatına görə, bunu Xorvatiya millisinin hücumçusu Eduardo da Silva deyib.
“Şaxtyor”un braziliyalı forvardı şərəfini qoruduğu Xorvatiya millisinin 2016-cı ildə Fransada keçiriləcək Avropa çempionatının seçmə mərhələsini dəyərləndirib. Onun sözlərinə görə, millimizin də yer aldığı qrupdan Xorvatiya qitə birinciliyinə birbaşa vəsiqə qazanacaq: “Norveç və Bolqarıstan da bu yerlərə iddia edə bilər. Ancaq biz mümkün olduğu qədər İtaliyanı təəccübləndirməliyik. Deyərdim ki, hər şey bizdən asılıdır. Xatırlamıram ki, biz nə vaxtsa qrupda 4-cü yeri tutmuşuq. Ancaq bu cür komandalar var. Əgər Avropa çempionatına birbaşa çıxa bilməsək, bu, bizim üçün faciə olacaq”.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə