“Heyətimizdə bəzi oyunçuların olmaması Latviyadakı turnirdə çətinliklərlə üzləşməyimizə səbəb oldu. Bu çatışmazlıq özünü Azərbaycanla oyunda da göstərdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri 18 yaşadək futbolçulardan ibarət Finlandiya millisinin baş məşqçisi Yarkko Viss deyib.
Mütəxəssis Latviya Federasiya kubokunun III yer uğrunda Azərbaycanla keçirilən görüşü haqda fikirlərini açıqlayıb: “Qüvvəmizə qənaət etmək istədiyimiz vaxt hesabda geriyə düşdük. Sonradan toparlanıb bərabərlik qolunu vurduq. İkinci hissə daha gərgin keçdi. Hər iki komanda qələbə üçün irəli atılmışdı. Bu üzdən həm biz, həm də Azərbaycan millisi qalib gələ bilərdi”.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə