Yığmamızın üzvü Bundesliqada meydana çıxdı, komandası gerilədi
24.02.2014 - 09:17
Azərbaycan millisinin futbolçusu Tuğrul Erat Almaniya çempionatında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, U-21-in üzvü II Bundesliqanın XXII turunun iştirakçısı olub.
Erat şərəfini qoruduğu Düsseldorf “Fortuna”sının “Bohum”la səfər matçında forma geyib. Start heyətində meydana çıxan və əvəzlənmədən 90 dəqiqə komandasına kömək edən futbolçumuz 1 xalın qazanılmasında pay sahibi olub – 0:0
Bu heç-heçə Eratın komandasının 3 pillə geriləməsi ilə nəticələnib. 22 turdan sonra hesabında 28 xal olan “Fortuna” 18 komanda arasında 13-cüdür.
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
- Cek Qriliş məşqə gəlmədi – "Everton"dan sərt cəza
0
0