Yurgen Klinsmann “Spartak”da?
12.03.2014 - 14:11
Rusiyanın “Spartak” klubu Azərbaycan millisinin rəqibini başsız qoymaq istəyir. Apasport.az “İzvestiya”ya istinadən xəbər verir ki, Moskva təmsilçisi ABŞ yığmasının almaniyalı çalışdırıcısı Yurgen Klinsmanna təklif göndərib.
Danışıqlar müsbət nəticələnəcəyi təqdirdə, 49 yaşlı mütəxəssis mayın 27-də Azərbaycan və ABŞ milliləri arasında baş tutacaq yoldaşlıq matçında rəqib komandanın “sükanı arxasında” olmayacaq.
Qeyd edək ki, “Spartak” klubunu 2009-cu ildən bəri Valeri Karpin çalışdırır. 2012-ci ildə qısa bir müddətdə komandaya Unai Emeri rəhbərlik edib.
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
0
0