“Andre Villaş-Boaş ilk addımlarda uğur qazanmış, lakin məşqçi kimi tam yetişməyib. “Porto”da klub prezidentinin qurduğu struktur o qədər idealdır ki, çox əziyyət çəkmək lazım deyil”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Yuri Syomin deyib.
Rusiyalı mütəxəssis “Zenit”in baş məşqçisi postuna Andre Villaş-Boaşın təyin olunmasına münasibət bildirib: “Bundan sonra isə portuqaliyalının heç bir nəticəsi olmayıb. Onun çalışdığı komandaları neçə qurduğu və hansı futbola üstünlük verdiyini başa düşmürəm. “Zenit” böyük potensiala malik komandadır. Baş məşqçinin bundan necə yararlanacağını zaman göstərər. Əgər Villaş-Boaşın həqiqətən də Halkın istəyi ilə gətirilibsə, gülməlidir. Futbolçu kluba rəhbərlik etməyə başlayırsa, onda bu komandanın heç bir uğuru olmayacaq. Oyunçu meydanda çıxış etməli, klub isə orada kimin çalışmasına qərar verməlidir. Futbolçunun məşqçinin dəvəti ilə bağlı münasibət bildirməsini qəbul etmirəm. Böyük klublarda belə hala rast gəlinmir. Görünür elə bu səbəblərdən biri üzündən “Zenit” Rusiya çempionatında problemlə üzləşib”.
Qeyd edək ki, “Zenit” rəhbərliyi bu gün Villaş-Boaşla anlaşdığını açıqlayıb.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!