Yuriç İtaliya klubuna doğru: Sabah görüş olacaq
14.06.2026 - 22:44
“Monza”nın yeni baş məşqçisi İvan Yuriç ola bilər.
Apasport.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Canluka Di Martsio məlumat yayıb.
Xəbərə görə, xorvatiyalı mütəxəssis A Seriyası təmsilçisinin baş məşqçi postuna əsas namizəddir. Tərəflər arasında sabah görüş keçiriləcək və danışıqlarda razılıq əldə olunmasına çalışılacaq.
Qeyd edək ki, “Monza” Paolo Byanko ilə yollarını ayırdıqdan sonra yeni baş məşqçi axtarışlarını davam etdirir. Yuriç daha əvvəl “Torino”, “Roma”, “Verona” və “Cenoa” kimi klublarda çalışıb.
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
- El-Şaaravinin yeni klubu bilindi – "Sabah"a gəlmədi
- Mbappeni qaçırmaq istədilər - PLAN ÜZƏ ÇIXDI
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- UEFA “Fənərbaxça”ya qarşı hərəkətə keçdi – İki futbolçu ilə bağlı intizam işi açıldı
0
0