"Yuventus" son 7 ildə ilk dəfə bunu bacarıb
19.06.2025 - 08:15
"Yuventus" klublararası dünya çempionatının qrup mərhələsinin ilk oyununda "Əl-Əyn"i məğlub edib.
Apasport.az xəbər verir ki, birinci hissədə hesabı 4:0 edən "qoca sinyora" yekunda 5:0 qələbə qazanıb.
Beləliklə, Turin klubu 7 il sonra ilk dəfə birinci hissədə 4 qola imza atıb.
"Opta"nın məlumatına görə, "Yuventus" daha əvvəl 2018-ci ilin fevral ayında "Sassuolo" ilə qarşılaşmada bunu bacarıb.
Qeyd edək ki, həmin matç Turin təmsilçisinin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.
- “Feyenord” tribunalarında "istefa" səsləri: Van Persinin taleyi sual altındadır
- "Çelsi" və "Arsenal" "Yuventus"un ulduzu ilə danışıqlar aparır
- “Samsunspor” “Maynts”a uduzdu, KL-də günün nəticələri - YENİLƏNİB
- İtaliya Superkuboku: “Napoli” finalda
- Türkiyə Kuboku: “Qalatasaray”dan minimalhesablı qələbə
0
0