"Yuventus"un futbolçusu mövsümü erkən başa vurdu
16.04.2026 - 14:31
"Yuventus"un futbolçusu mövsümü erkən başa vurdu

İtaliya A Seriyası təmsilçisi "Yuventus" heyətində ciddi itki ilə üzləşib.

Apasport.az xəbər verir ki, Turin klubunun hücumçusu Arkadiuş Milik zədələnib.

Əzələsində yaranan problemlərə görə azı 4-5 həftə yaşıl meydanlardan uzaq qalacaq polşalı futbolçu üçün mövsüm artıq başa çatıb.

Qeyd edək ki, Arkadiuş Milik 2023-cü ildən "Yuventus"un şərəfini qoruyur.