Zamiq Əliyevin komandası 1 xalla kifayətləndi
26.10.2025 - 13:58
Zamiq Əliyevin komandası 1 xalla kifayətləndi

Albaniya Superliqasında 8-ci turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Zamiq Əliyevin çıxış etdiyi "Eqnatiya" səfərdə “Partizani” ilə qarşılaşıb. 

Zamiq Əliyev start heyətdə meydana çıxıb və sona qədər oynayıb. 

Görüş 0:0 hesabı ilə başa çatıb. 

Ardıcıl ikinci görüşdə heç-heçə oynayan "Eqnatiya" 15 xalla ikinci pillədə qərarlaşıb. Zamiqin komandası lideri “Vilaznia”dan 4 xal geri qalır.