"Zirə"dən ayrıldı, Almaniya klubuna keçdi
15.01.2026 - 13:19
"Zirə"dən ayrılan Vensan Tillin yeni klubu məlum olub.
Apasport.az xəbər verir ki, lüksemburqlu vinger karyerasını Almaniyada davam etdirəcək.
Till III Bundesliqada mübarizə aparan "Manhaym"lə anlaşıb. 25 yaşlı futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, mövsümün əvvəlində "Zirə"yə keçən Vensan Till oktyabr ayında komandadan ayrılıb. O, "qartallar"ın heyətində rəsmi oyunlarda meydana çıxmayıb. Till daha əvvəl "Sabah"ın formasını geyinib.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
0
0