Anna Skidan qızıl medal qazanıb
19.05.2024 - 10:44
Anna Skidan qızıl medal qazanıb

Azərbaycan atleti Anna Skidan Polşanın Xujov şəhərində keçirilən Dünya Atletikasının gümüş səviyyəli yarışı olan Yanuş Kusoçinskinin Memorialında qızıl medal qazanıb.

Apasport.az xəbər verir ki, idmançı çəkic atma yarışında 73.25 metr göstərici ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, Anna Skidanın çempionluq yolunda geridə qoyduğu rəqibləri sırasında üçqat Olimpiya çempionu, dünya rekordunun sahibi, əfsanəvi atlet Anita Vlodarçik də olub.

0