Atletika üzrə Bakı çempionatı baş tutacaq
07.05.2026 - 14:51
Atletika üzrə Bakı çempionatı baş tutacaq

8-9 may tarixlərində Bakı Şəhər Gənclər və İdman İdarəsi və Azərbaycan Atletika Federasiyası tərəfindən idmançılar arasında Bakı çempionatı keçiriləcək.

Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyası məlumat yayıb.

Bildirilib ki, yarışlar saat 16:00-da start götürəcək və Azərbaycan İdman Akademiyası stadionunda, eləcə də Azərbaycan Atletika Federasiyasının (AAF) atma növləri üzrə xüsusi bazasında təşkil olunacaq.