Atletimiz Balkan çempionatında bürünc medal qazandı
25.05.2024 - 21:29
Atletimiz Balkan çempionatında bürünc medal qazandı

Türkiyənin İzmir şəhərində atletika üzrə 77-ci Balkan çempionatına start verilib.

Apasport.az xəbər verir ki, yarışın ilk günündə Nazim Babayev uğurlu çıxışla yadda qalıb.

Uzunluğa tullanma növündə Babayev 7.83 metr nəticəyə nail olub.

O, bu göstərici ilə turnirin bürünc medalını qazanıb.

0