Bakıda keçirilən beynəlxalq memorialın nəticələri
01.06.2024 - 23:24
Bakıda keçirilən beynəlxalq memorialın nəticələri

Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə Bakıda əməkdar məşqçi Əfqan Səfərovun 27-ci beynəlxalq memorialı keçirilib.

Apasport.az xəbər verir ki, yarış Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya üçün reytinq xalı verib.

Açılış mərasimində çıxış edən Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov Əfqan Səfərovun ölkəmizdə atletikanın inkişafı yolunda xidmətlərindən danışaraq bu yarışın idmançıların nüfuzlu beynəlxalq turnirlər üçün təcrübə əldə etməsi, bacarıqlarını göstərməsi üçün yaxşı imkan olduğunu bildirib.

Gənclər və İdman Nazirliyinin sektor müdiri Sevda Mirzəyeva memorialın yüksək statusunu xatırladaraq müxtəlif ölkələrin atletləri arasında gərgin rəqabətdə keçəcək yarışın idmançılarımız üçün də faydalı olacağını diqqətə çatdırıb.

Memorialda Azərbaycan atletləri ilə yanaşı, Gürcüstan, Qırğızıstan, Tacikistan və Oman idmançıları da mübarizə aparıb.

Ümumilikdə, 70-ə yaxın idmançı müxtəlif məsafələrə qaçış, uzunluğa tullanma, üç təkanla tullanma, nüvəitələmə və lövhəatma üzrə qalibləri müəyyən ediblər.

Qaliblər
100 metr məsafəyə qaçış

1. İldar Ahmadiyev (Tacikistan)
2. Abdul Aziz Nasser Al-Reyami (Oman)
3. Anas Nasser Al-Reyami (Oman)

100 metr məsafəyə qaçış
1. Lamiyə Vəliyeva
2. Lika Xarçilava (Gürcüstan)
3. Fəridə Rzayeva

200 metr məsafəyə qaçış
1. İldar Ahmadiyev (Tacikistan)
2. Novruz Əsədli
3. Aleksey Əliəkbərov

200 metr məsafəyə qaçış
1. Lamiyə Vəliyeva
2. Ani Mamataşvili (Gürcüstan)
3. İlahə Quliyeva

400 metr məsafəyə qaçış
1. Səid Səfərli
2. Elmir Cəbrayılov
3. Cavid Məmmədov
800 metr məsafəyə qaçış
1. Bəxtiyar Əsgərli
2. Vahid Kərimov
3. Səid Məmmədov

800 metr məsafəyə qaçış
1. Nila Heydərova
2. Günel Manafova
3. Fidan İslamova

Uzunluğa tullanma
1. Nazim Babayev
2. Kəsgin Abbaszadə
3. Laşa Qulelauri (Gürcüstan)

Uzunluğa tullanma
1. Samarkul Aliya (Qırğızıstan)
2. Sabina Batadjiyeva (Qırğızıstan)
3. Yelena Pextireva

Üç təkanla tullanma
1.Rəvan Behbudov

Üç təkanla tullanma
1. Yekaterina Sarıyeva

Nüvəitələmə
1.Georgi Mujaridze (Gürcüstan)
2. İsmayıl Əliyev
3. Tofiq Məmmədov

Nüvəitələmə
1. Sopiko Şatirişvili (Gürcüstan)
2. Səkinə Hacızadə
3. Aysel Rəhimli

Lövhəatma
1. Temuri Abulaşvili (Gürcüstan)
2. İsmayıl Əliyev
3. Yusif Nəzərov

0