Daha bir idmançımız Yay Olimpiya Oyunlarına lisenziya qazandı
29.05.2024 - 10:31
Daha bir idmançımız Yay Olimpiya Oyunlarına lisenziya qazandı

Azərbaycan triatlonçusu Rostislav Pevtsov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Gənclər və İdman Nazirliyindən apasport.az-a verilən məlumata görə, yeni açıqlanan yekun olimpiya reytinqində Pevtsov 52-ci yerdə qərarlaşıb.

Onun lisenziyasını Dünya Triatlonu təsdiqləyib.

Qeyd edək ki, Pevtsov üçüncü dəfə olimpiadada iştirak edəcək.

0