Nazim Babayev bürünc medal qazanıb
26.05.2024 - 01:44
Nazim Babayev bürünc medal qazanıb

Azərbaycan atleti Nazim Babayev 77-ci Balkan çempionatında bürünc medal qazanıb.

Apasport.az xəbər verir ki, o, Türkiyənin İzmir şəhərində keçirilən beynəlxalq yarışda bu uğura nail olub.

Nazim üçtəkanla tullanmada 7,83 metrlik nəticə göstərib.

0