Bakıda keçirilən UEFA-nın İnkişaf turnirində II turun oyunları baş tutub. Apasport.az saytının məlumatına görə, 16 yaşadək futbolçulardan ibarət komandaların yarışında Azərbaycan yığması növbəti qələbəsini qazanıb.
Belə ki, “Bayıl” stadionunda millimiz Gürcüstanı 2:1 hesabı ilə məğlub edib. “Dalğa Arena”da Yunanıstan və Qazaxıstan yığmalarının görüşü 6:1 hesabı ilə birincilərin xeyrinə yekunlaşıb.
Qeyd edək ki, bir gün öncə ilk turda isə Azərbaycan Qazaxıstanı böyükhesablı məğlubiyyətə uğradıb (4:0). Yarışın açılış oyununda Gürcüstan 2 cavabsız qolla Yunanıstana qalib gəlib.
N |
Komandalar |
O |
Q |
H |
M |
T-F |
X |
1 |
Azərbaycan |
2 |
2 |
0 |
0 |
6:1 |
6 |
2 |
Gürcüstan |
2 |
1 |
0 |
1 |
3:2 |
3 |
3 |
Yunanıstan |
2 |
1 |
0 |
1 |
6:3 |
3 |
4 |
Qazaxıstan |
2 |
0 |
0 |
2 |
1:10 |
0 |