“Hansı komandanın yaşayacağını heç kim bilmir” – Ceyhun Sultanov
24.04.2015 - 12:49
“Hansı komandanın yaşayacağını heç kim bilmir” – Ceyhun Sultanov

“Sumqayıt” hər il olduğu kimi, gələn mövsüm də yerli futbolçularla mübarizə aparacaq. “Gənclik şəhəri” təmsilçisinin baş meneceri Ceyhun Sultanov apasport.az saytına açıqlamasında transfer fəaliyyətini hələlik dondurduqlarını bildirib.

 

O, bunu Premyer Liqa klublarının talelərinin qeyri-müəyyən olması ilə əlaqələndirib: “Klublar adətən mövsümün sonlarına yaxın transfer işlərinə başlayırlar. Amma bu dəfə vəziyyət fərqlidi. Komandalar pərən-pərən olmaqdadı. Hansı komandanın yaşayacağını, hansının dağılacağını heç kim bilmir. Bu üzdən də dayanmışıq. Düzdü, istədiyimiz futbolçular çoxdu. Ancaq onların klublarının durumunun necə olacağını bilmədiyimiz üçün danışıq aparmağa ehtiyac duymuruq. Yəqin ki, yayda bu suallara cavab tapılandan sonra biz də istədiyimiz oyunçularla görüşəcəyik”.

 

Qeyd edək ki, hazırda Topaz Premyer Liqasında 9 klub mübarizə aparır ki, onlardan “İnter”, “Simurq” və “Bakı”nın gələn mövsüm də fəaliyyətini davam etdirib-etdirməyəcəyi sual altındadı.

0