Ulduz futbolçu “Qarabağ” yolunda - EKSKLÜZİV
10.11.2024 - 17:29
“Qarabağ”a tanınmış futbolçu təklif edilib.
Apasport.az saytına verilən məlumata görə, Ağdam təmsilçisi də hücum xəttini gücləndirməyi planlaşdırır.
Bu mövqe üçün “Qarabağ”a İsveçrə millisinin və “Dinamo”nun sabiq hücumçusu Yosip Drmiç təklif edilib.
Sonuncu klubu “Dinamo” olan 32 yaşlı isveçrəli hücumçu sonradan klubsuz qalıb.
Onun qışda karyerasını bərpa etmək istəyində olduğu bildirilir. Drmiç “Qarabağ”da oynamağa müsbət yanaşır.
Qeyd edək ki, “Zürix”in sabiq üzvü “Nürnberq”, “Bayer”(Leverkuzen), “Borussiya”(Münhenqladbax), “Hamburq”, “Norviç”, “Riyeka” komandalarında oynayıb.
- "Şəfa"dan transfer – Kanadalı vinger Bakı klubunda
- Vernidubdan iddialı açıqlama – "Həm liqada, həm avrokubokda..."
- Emin Mahmudovdan mesaj – "Dinamo"nu keçib yolumuza davam etməliyik
- "Qəbələ"dən nigeriyalı transfer – Meşakla müqavilə imzalandı
- "Karvan-Yevlax"dan transfer – Təcrübəli qapıçı ilə 1 illik müqavilə
0
0