İngiltərə millisinin sabiq hücumçusu Ceymi Vardi “Lester”də birlikdə çıxış etdiyi Çağlar Söyüncü ilə bağlı maraqlı xatirəsini bölüşüb.
Apasport.az xəbər verir ki, Vardi “Bornmut”la 2020-ci ildə keçirilən Premyer Liqa matçında yaşanan epizodu xatırladıb.
Təcrübəli hücumçu Çağların gərgin anda komanda yoldaşlarını sakitləşdirməyə çalışdığını, lakin az sonra özü meydandan qovulduğunu deyib:
“Yeni qol buraxmışdıq. Oyunun dayandığı anda Çağlar hamımızı bir yerə yığıb ‘Uşaqlar, sakit olun, sakitləşin, qətiyyən tələyə düşməməliyik’ dedi. Təxminən 20 saniyə sonra isə birbaşa qırmızı vərəqə aldı. Çox gülməli idi”
Sözügedən qarşılaşma 12 iyul 2020-ci ildə keçirilib. “Lester” ilk hissədə Vardinin qolu ilə önə keçsə də, sonda “Bornmut”a 1:4 hesabı ilə uduzub. Çağlar Söyüncü 68-ci dəqiqədə Kallum Uilsona qarşı hərəkətinə görə birbaşa qırmızı vərəqə alıb.
Qeyd edək ki, Vardi və Çağlar 2018-2023-cü illərdə “Lester”də komanda yoldaşı olublar.
- “Ən biabırçı hərəkətlərimdən biri idi” - Etiraf - VİDEO
- İdman komplekslərində ciddi nöqsanlar: 15 milyon manat!
- 8-ci Etnospor Forumu: Qlobal sülh çağırışı və “Ethnosports 2027” vizyonu ön plana çıxıb
- DÇ-2026: Bütün qruplar müəyyənləşdi
- "Qalatasaray" əfsanəsinin vəfatından 74 il ötür: "Məqsədimiz Türk olmayan klubları məğlub etməkdir"