Topaz Premyer Liqasının 2014/15 mövsümündə mübarizəni 9 komanda davam etdirəcək. Bu barədə məlumatı apasport.az saytına Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev verib.
O bildirib ki, fəaliyyətini dayandıran “Araz-Naxçıvan”ın çempionatda çıxışını yarımçıq saxlaması dəqiqləşib. Bu üzdən yarışı elə 9 komanda davam etdirəcək.
Musayev qeyd edib ki, mübarizəni davam etdirməkdən boyun qaçıran komandanı Premyer Liqada saxlamaq üçün PFL əlindən gələni edib. Lakin klub rəhbərliyini fikrindən daşındırmaq mümkün olmayıb.
Naxçıvanlılar fəaliyyətini dayandırdığını XI turun “Qarabağ”la Bakıdakı oyununda 0:4 hesabı ilə uduzandan sonra bəyan etmişdi. Lakin milli komandaların oyunların ilə əlaqədar çempionatda fasilə yarandığından bu müddətdə onları geri qaytarmağın mümkün olacağına ümidlər var idi. Amma bütün səylərə baxmayaraq, çempionatın elə 10 komanda ilə davam etdirilməsi mümkün olmayıb.
Əyalət təmsilçisinin dağılmasının rəsmiləşməsi nəticəsində noyabrın 19-20-də keçirilməli olan XII turdan başlayaraq hər tut 4 matçdan ibarət olacaq. Qarşıdakı turda istirahət etmək növbəsinə “Sumqayıt” start verəcək. Özü də bu dəfə tur cəmi 1 gün – ayın 20-də keçiriləcək.
“Araz-Naxçıvan”ın yarışdan çıxması turnir cədvəlinə də təsir edib. Belə ki, reqlamentə uyğun şəkildə matların 50 faizindən azını keçirən komandanın bütün nəticələri ləğv olunub. 11 oyunun nəticələri və qollarının ləğvindən sonra “Neftçi” zirvəyə yüksəlib. Bombardirlər yarışında da dəyişiklik olub. 3 qolunu “Araz-Naxçıvan”a vuran Rəşad Eyyubov taxtdan düşüb.
Qeyd edək ki, “Araz Naxçıvan”ın dağılmasından sonra Premyer Liqanı heç bir klub tərk etməyəcək.
N |
Klublar |
O |
Q |
H |
M |
T-F |
X |
1 |
Neftçi |
9 |
6 |
2 |
1 |
13-5 |
20 |
2 |
Qarabağ |
9 |
5 |
3 |
1 |
14-8 |
18 |
3 |
İnter |
10 |
3 |
6 |
1 |
17-3 |
15 |
4 |
Xəzər Lənkəran |
10 |
4 |
2 |
4 |
13-11 |
14 |
5 |
Qəbələ |
9 |
3 |
3 |
3 |
10-12 |
12 |
6 |
Simurq |
10 |
3 |
2 |
5 |
12-12 |
11 |
7 |
Sumqayıt |
10 |
3 |
1 |
6 |
11-16 |
10 |
8 |
AZAL |
9 |
2 |
3 |
4 |
7-15 |
9 |
9 |
Bakı |
10 |
2 |
2 |
6 |
7-22 |
8 |
Bombardirlər: Mikel Alvaro (“İnter”), Nurlan Novruzov ("Bakı”), Məhəmməd Qurbanov (“Sumqayıt”) - 5 qol.