Mourinyo “Anji”nin 90 milyonluq təklifindən imtina etdi
01.10.2011 - 17:00
Ötən il dünyanın ən yaxşı məşqçisi seçilən Joze Mourinyo Rusiyanın “Anji” klubunun təklifini cavablandırıb. Apasport.az saytının məlumatına görə, Hacı Hacıyevi istefaya göndərəndən sonra yeni baş məşqçi axtaran Mahaçqala təmsilçisi Madrid “Real”ının portuqaliyalı çalışdırıcına 3 illik müqavilə təklif edib.
“Anji”nin sahibi olan milyarder Süleyman Kərimov Roberto Karlos, Sameul Eto‘O kimi ulduz futbolçuların keçidinə böyük məbləğlər xərclədikdən sonra bu dəfə Mourinyonu pulla ələ keçirməyə çalışıb. Belə ki, anlaşmaya görə, 48 yaşlı mütəxəssis hər mövsümə 30, 3 ilinə görə 90 milyon avro məvacib alacaqdır. Bununla da portuqaliyalı dünyada ən yüksək ödənişli məşqçi olacaqdır. Ancaq futbol tarixinə düşmək istəməyən Mourinyo “Anji”nin təklifindən imtina edib. O, bunu 2-ci ildir sükanı arxasına olduğu “Real”da missiyasının başa çatdırılmamağı ilə izah edib.
Qeyd edək ki, qışda Hacıyevin “Anji”yə gətirdiyi məşqçimiz Vaqif Sadıqov onun istefasından sonra da vəzifəsində çalışır.

0
0