Arda Turanın Bakıda oynamayacağı dəqiqləşdi
06.10.2010 - 09:42
Türkiyə milli komandasının futbolçusu Arda Turan zədələnib. Apasport.az saytının məlumatına görə, Avro-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də Almaniya, 4 gün sonra Azərbaycanla keçiriləcək oyunlara hazırlaşan “ay-ulduzlular”ın toplanışına qatılan yarımmüdafiəçi qeyri-müəyyən müddətə sıradan çıxıb. Məşq zamanı heç bir müdaxilə olmadan qasıq nahiyəsində ağrılar hiss edən Arda hazırlıqları da yarımçıq saxlamaq məcburiyyətində qalıb.
Müayinədən sonra onun Almaniya və Azərbaycanla səfər oyunlarını buraxacağı açıqlanıb. Əməliyyat olunacağı halda 4 aylıq yaşıl meydanlardan kənar qalacaq futbolçunun sağalıb formasını bərpa etməsi mövsümün sonuna çəkəcək. Hətta onun yalnız 2011/12 mövsümündə geri dönməsi də istisna deyil. Əgər əməliyyata ehtiyac olmasa və Arda müalicə ilə sağalası olsa, buna 4-6 həftə vaxt lazım olacaq.
Qeyd edək ki, Avro-2012-nin sentyabrın 7-də keçirilən Belçika ilə oyununda zədələnən Arda bu müddətdə meydana çıxmayıb. Onun şərəfini qoruduğu “Qalatasaray” klubu “Karabükspor”la görüşün 30 dəqiqəsini oynamaq iqtidarında olan Ardanın zədəsini yeniləməməyi üçün onu qoruyub.

- Azərbaycanda keçiriləcək III MDB Oyunlarının medalları təqdim olunub
- III MDB Oyunları üçün qeydiyyatdan keçən ölkələrin və idmançıların sayı artıb
- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
0
0