Sabah Berti Foqtsla Ditmar Konstantininin mətbuat konfransı olacaq
06.10.2010 - 10:45
Sabah Avstriya və Azərbaycan milli komandalarının baş məşqçiləri mətbuat konfransı keçirəcək. Apasport.az saytının məlumatına görə, ilk olaraq media qarşısına yığmamızın baş məşqçisi Berti Foqts çıxacaq. Almaniyalı mütəxəssis Vyanada şəhərindəki “Holiday İnn Vienna South” otelində yerli vaxtla saat 11:00-da (Bakı vaxtilə 13:00) mətbuat konfransı keçirəcək. Bundan iki saat sonra Vyanadakı “Ernst Happel” stadionunun Media Mərkəzində II mərtəbəsində Avstriya yığmasının baş məşqçisi Ditmar Konstantininin mətbuat konfransı olacaq.
Qeyd edək ki, Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Avstriya – Azərbaycan oyunu oktyabrın 8-də “Ernst Happel” stadionunda Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.
Mənbə: affa.az
Qeyd edək ki, Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Avstriya – Azərbaycan oyunu oktyabrın 8-də “Ernst Happel” stadionunda Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.
Mənbə: affa.az
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
- İlham Əliyevin doğum gününə həsr olunmuş turnir keçirilib - FOTO
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyində ilk mükafatçılar müəyyənləşib
- Fərid Qayıbov: “Yarışın əsas məqsədi idmanın kütləviliyinə nail olmaqdır”
0
0