Nuri Şahin: Bakıda qalib gəlsək, böyük üstünlük əldə edəcəyik
06.10.2010 - 11:34
”Qazaxıstan və Belçika yığmalarına qalib gələrək, seçmə mərhələyə yaxşı start götürdük. İndi sırada Almaniya və Azərbaycanla oyunlar var. Bu iki oyunu da qazansaq, böyük üstünlük əldə edəcəyik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Türkiyə yığmasının futbolçusu Nuri Şahin deyib. Dortmundun “Borussiya” klubunda oynayan gənc yarımmüdafiəçi “ay-uldulzu” formada debüt matçını 2005-ci ilin oktyabrın 5-də Almaniya yığması ilə keçirib. İstanbuldakı həmin görüşdə (2:1) qələbə topunun müəllifi olan Nuri Bundestimin indiki qapıçısı Manuel Noyeri məyus edib: “Mən həmin günü heç zaman unutmayacağam. Oyunum uğurlu alınmışdı. Beş il sonra Almaniya ilə bu dəfə səfərdə görüşəcəyik. Ümid edirəm ki, Türkiyə xalqı üçün 3 xal qazanan tərəf biz olarıq”.
Almaniyada doğrulub, boya başa çatan qürbətçi oyunçu bu ölkənin yığmasının seçən türk gənclərinə də hörmət etdiyini bildirib: “Bu, onların seçimidir. Bir yandan vətənim, digər yandan doğulub, böyüdüyüm və karyeramı davam etdirdiyim ölkədir. Bu səbəblə mənimlə də bağlı çox özəl oyun olacaq. Biz derbi oynamayacağıq. Bu, Avropa çempionatının seçmə mərhələ oyunudur. Almaniya və Türkiyə ilə iki görüş də mənim üçün çox önəmlidir. Bunlar qrup birinciliyi üçün final sayılan 90 dəqiqələrdir. Rəqibdə çəkindiyim isimlər Tomas Müllerlə Filip Lamdır. Ancaq ən çox çəkindiyim Bundestimin “beyni” olan dostum, həmyerlim Məsut Özildir. Berlindəki görüş iki ölkənin insanlı üçün gözəl bir oyun olacaq. Olimpiya stadionunda türk tərəfdarların daha çox olacağına əminəm. Bu, həm Türkiyə, həm də Almaniya üçün örnək olan bir matç olar”.
Şahin yaxşı formada olmasına baxmayaraq, yığmanın baş məşqçisi Qus Hiddinkdən onu Qazaxıstan və Belçika ilə görüşlərdə oynatmadığına görə incimir: “Belə durum çox qalmayacaq. Hiddink çox bacarıqlı bir məşqçidir. Gənclərə çox önəm verir. Ümid edirəm ki, Türkiyə yığmasının başında uzun müddət qalacaq. Qərarlarına hörmət edirəm. Önəmli olan komandada kimin oynayacağı deyil, qazanmaqdır. Təbii ki, oynamaq istəyirəm”.
Nuri böyük oyunlara daha yaxşı konsentrasiya olduqlarını, ancaq kiçik ölkələrin komandaları qarşısında zəif təsir bağışladıqlarını etiraf edib. Ancaq o, oktyabrın 12-də Bakıda bunun belə olmayacağını düşünür: “Bu səfər belə xətalar etməyəcəyik. Almaniya güclüdür, amma rəqibimizdən çəkinmirik. Onları keçəcək gücdəyik. Çox böyük sürpriz olmasa, 2012-ci il Avropa çempionatına qatılacağıq”.
Qeyd edək ki, Şahin iki ay öncə “Borussiya”nın heyətində Avroliqanın son təsnifat mərhələsində “Qarabağ”la hər iki görüşdə oynayıb. O, bu dəfə Tofiq Bəhramov adına Respublika stadionunda Türkiyə yığmasının üzvü kimi çıxacaq.

0
0