Didi Konstantini: Foqtsun komandasının gizli silahları ola bilər
06.10.2010 - 12:08
“Azərbaycan yığmasının bizə qarşı müdafiə futbolu nümayiş etdirəcəyini zənn etmirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avstriya milli komandasının baş məşqçisi Didi Konstantini deyib.
Millimizin Almaniya ilə oyunu izlədiyini deyən təcrübəli mütəxəssis Avro-2012-nin seçmə mərhələsinin oktyabrın 8-də baş tutacaq qarşılaşma haqda fikirlərini bildirib. Konstantini azarkeşlərə üz tutaraq dəstək istəyib: “Azarkeşlərin bizi sonacan dəstəkləməsini istəyirəm. Xahiş edirəm ki, bizi fitə basmasınlar. Berti Foqtsun komandasının gizli silahları ola bilər. Almaniyaya qarşı 5-6 müdafiəçi ilə oynayırdılar. İnanmıram ki, bizə qarşı müdafiə futbolu oynasınlar”.
Konstantini komandasından 3 xal və gözəl oyun gözlədiyini sözlərinə əlavə edib: “Azərbaycan millisi ilə oyunda təkcə 3 xal almaq yox, həm də yaxşı oyun nümayiş etdirmək istəyirik”.

- Azərbaycanda keçiriləcək III MDB Oyunlarının medalları təqdim olunub
- III MDB Oyunları üçün qeydiyyatdan keçən ölkələrin və idmançıların sayı artıb
- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
0
0