Ömər Ərdoğan: Azərbaycana yüksək-əhval ruhiyyədə getmək istəyirik
06.10.2010 - 12:55
“Almanya yığmasının son iki turnirdə əldə etdiyi uğurlar ortadadır. Komanda olaraq səviyyəli futbolçulara sahibdirlər. Həyəcanlı bir oyun olacaq. Azərbaycana yüksək əhval-ruhiyyədə getmək istəyirik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Türkiyə yığmasının futbolçusu Ömər Ərdoğan deyib.
“Qalatasaray”da çıxışı ilə tanınan təcrübəli müdafiəçi ötən mövsüm “Bursaspor”un heyətində Türkiyə çempionluğunu qazandı. Hazırda yığmasının heyətində ən yaşlı futbolçu (33 yaş) olan Ömər baş məşqçi Qus Hiddinkin etimadını qazanaraq, millidə debüt edib. Hollandiyalı mütəxəssisin müdafiənin mərkəzində Sərvət Çətinlə birgə oynatdığı Ərdoğan Avro-2012-nin seçmə mərhələsində oktyabrın 8-də Almaniya, 12-də Azərbaycanla səfər oyunlarına nikbin baxır: “Hiddink çox təcrübəli bir mütəxəssisdir. Futbolçulara inanılmaz isti münasibət göstərir. Oynayan, oynamayan hər kəsi eşidir. Çox zəkalı məşqçidir. Türkiyə futbolu Hiddinkin təcrübəsi ilə bir yerlərə gələcək. Futbolçuların əsas yığmaya yüksələrkən, gücsüz olub-olmamaqları araşdırılmalıdır. Son vaxtlar dəb halına gəldi. Çox zor bir zədədir. Keçən mövsümün əvvəli mən də eyni problemləri yaşadım, İsveçrəyə həkimə getdim. Əminəm ki, Arda Turan da bizdən daha çox meydanda olmaq istəyəcək. İnşallah, oynayan vəziyyətə gələr. Yaxşı bir Ardanın meydanda olması bizim üçün böyük üstünlükdür”.

- Milli Paralimpiya Komitəsinin 30 illiyi qeyd ediləcək
- Goranboy şəhəri “Gənclər Paytaxtı” seçilib - FOTO
- Azərbaycan Gənclərinin XI Forumunun ikinci günü Xankəndidə davam edib - FOTO
- Ülviyyə Axundova: “Azərbaycan Gənclərinin XI Forumu xüsusi əhəmiyyət daşıyır”
- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
0
0