Şarner: Baş məşqçi məni Azərbaycanla oyunda istənilən mövqedə oynada bilər
06.10.2010 - 14:45
“Yığmanın baş məşqçisi məni istədiyi yerdə oynada bilər. Bununla bağlı onunla mübahisə etmək fikrində deyiləm. Mən yığmaya kömək etmək istəyirəm. Bu, ən pis halda mərkəz müdafiəçisi kimi ola bilər”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının Avro-2012-nin seçmə mərhələsində növbəti rəqibi olan Avstriya yığmasının futbolçusu Paul Şarner deyib.
Rəqib yığmanın baş məşqçisi Ditmar Konstantini oktyabrın 8-də Vyanada qəbul edəcəyi millimizlə oyunda Şarneri yarımmüdafiədə istifadə edəcəyini bildirib. Ancaq avstriyalı mütəxəssis eyni zamanda Paulun istənilən yerdə oynaya biləcəyini sözlərinə əlavə edib.
İngiltərənin “Vest Bromviç” klubunun futbolçusu müdafiənin mərkəzində oynamağa hazırdır: “Mən yığmada yarımmüdafiədə oynayıb, ən güclü tərəflərimi göstərmək istəyirəm. Böyük komandalardan və gurultulu adlardan qorxmuram. Buna görə də yığmaya kömək edə bilərəm. Ancaq bu, yalnız güclü tərəflərimi göstərə bildiyim vaxtda mümkün olar. Diqqətim adətən yarımmüdafiədəki roluma oriyentasiya olub. İndi 30 yaşdayam, İngiltərə Premyer Liqasında hesabımda 150-dən çox oyun var. Fikrimcə, bu mövqedə daha yaxşı olduğunu göstərmək iqtidarındayam”.

- Azərbaycanda keçiriləcək III MDB Oyunlarının medalları təqdim olunub
- III MDB Oyunları üçün qeydiyyatdan keçən ölkələrin və idmançıların sayı artıb
- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
0
0