“Qarşıdakı 2 oyunda 3 xal azdır”
06.10.2010 - 15:10
“Seçmə mərhələnin qarşıdakı iki oyununda 3 xal toplamağımız azdır. Avropa çempionatının final mərhələsində oynamaq istəyiriksə, bununla kifayətlənə bilmərik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avstriya milli komandasının futbolçusu Mark Yanko deyib.
O, Avro-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də Azərbaycan, 4 gün sonra isə Belçika yığmasına qarşı keçiriləcək görüşlər haqda fikirlərini açıqlayıb: “Azərbaycanı məğlub etsək, Belçikadan 1 xal almağımız da bəsdir. Oyunlara hazırlıq planına gəlincə isə matçlara ayrı-ayrılıqda hazırlaşırıq. Azərbaycanla görüş bitənə kimi yalnız bu oyunu düşünürük”.
Qeyd edək ki, Yanko Hollandiyanın “Tvente” klubunun şərəfini qoruyur.

- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
0
0