Əlavə vaxtda qələbə və ən azı bürünc medal - YENİLƏNİB
02.05.2011 - 21:45
Cənubi Koreyanın Gyonqju şəhərində start götürən taekvondo üzrə dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, bu gün mübarizəyə Azərbaycan yığmasının 2 idmançısı qatılıb.
Milli komandamızın heyətində 80 kq çəki dərəcəsində qüvvəsini sınayan Ramin Əzizov mübarizəyə 1/32 final mərhələsindən başlayıb və keçirdiyi 4 görüşdə qələbə qazanaraq, yarımfinala yüksəlib. Bununla isə təmsilçimiz dünya çempionatında ən azı bürünc medalı aktivinə yazdırıb. Əzizov 1/2 final döyüşünə sabah çıxacaq.
Kişilər
80 kq
Milli komandamızın liderlərindən olan Ramin Əzizov ilk döyüşdə iştirak etməyib. O, yarışa ikinci mərhələdən qoşulub və gürcüstanlı Georgi Ansiani ilə qarşılaşıb. Döyüş təmsilçimizin üstünlüyü şəraitində keçib və Əzizov rəqibinə 10 xal fərqi ilə qalib gəlib – 11:1. Daha sonra polşalı Pyort Pazinski də taekvondoçumuzla bacara bilməyib. İdmançımız bu dəfə 6:3 hesabı ilə qələbə qazanaraq, daha 1 mərhələ adlayıb. O, növbəti görüşdə misirli Abdelrahman Ossama ilə qüvvəsini sınayıb. Taekvondoçumuz bu rəqibi ilə də dueldən qalib ayrılıb. Ramin 8:7 hesabı qələbə qazanaraq, 1/4 finala vəsiqə qazanıb. Onun bu mərhələdə rəqibi Əfqanıstan təmsilçisi Nesar Behave olub. Gərgin keçən döyüş 7:7 hesabı ilə yekunlaşdığından, onlar əlavə vaxtda da bir-birinin güclərini yoxlayıblar. Lakin bu dəfə də qalib müəyyənləşməyib və yekunda hakimlər Əzizova üstünlük veriblər. Nəticədə həmyerlimiz yarımfinala yüksəlib. Bu mərhələdə isə o, iranlı Ferzad Abdullahi ilə qarşılaşacaq.
Qadınlar
53 kq
Bu çəkidə ölkəmizi təmsil edən Nigar Hacıyeva birinci dövrədə Niderlandın Antil adalarının təmsilçisi Nikol Müllerle döyüşməli olsa da, rəqibi zədələndiyindən döşəyə çıxmayıb. Nəticədə növbəti mərhələyə vəsiqə qazanan həmyerlimiz avstraliyalı Branka Bernadette ilə üz-üzə gəlib. Lakin o bu döyüşündəcə 0:2 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.
Qeyd edək ki, 149 ölkədən 1050-dək idmançının iştirak etdiyi mundialın ilk günündə 2 taekvondoçumuz mübarizəni dayandırıb. Öncə Türkanə Tahirli (49 kq) əlcəzairli rəqibinə qızıl xalla qalib gəlsə də, ikinci döyüşündə meksikalı idmançıya məğlub olub. Ardından Ziya Qasımov (58 kq) çempionata kiprli idmançı üzərində qələbəylə başlayıb. Lakin onun III dövrəni adlamasına portuqaliyalı taekvondoçu imkan verməyib.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0