Löv Hediranı Bakıya gətirir
03.05.2011 - 15:46
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Almaniya yığmasının baş məşqçisi Yoahim Löv qarşıdakı görüşlərin planını qurub. Apasport.az saytının məlumatına görə, alman mütəxəssis mayın 29-da Uruqvayla yoldaşlıq oyunu, həmçinin, iyunun 3-ü və 7-də Qazaxıstanla Azərbaycan milliləri ilə seçmə matçları öncəsi heyəti də müəyyənləşdirib. Seçiminin təfərrüatını hələ gizli saxlayan Löv Sami Hedira ilə bağlı qərarını verib.
O, İspaniyanın “Real” klubunda çıxış edən, lakin son vaxtlar zədə üzündən meydana çıxmayan müdafiəyə meylli yarımmüdafiəçini həmin matçlarda sərəncamında görmək niyyətindədir: “May-iyun aylarında keçirəcəyimiz 3 beynəlxalq oyununda Hediraya da ümid bəsləyirik. Hazırda klub və yığma həkimləri onun bərpası üçün hər şeyi edirlər. Sami həmin görüşlərlə bağlı planlarımızdadır”.
Qeyd edək ki, iyunun 7-də baş tutacaq Azərbaycan – Almaniya matçı Bakıda keçiriləcək.

- Formula 1 Azərbaycan Qran-Prisinin bütün biletləri satılıb
- Azərbaycan Milli Paralimpiya komandasının üzvləri təltif edilib
- Prezident İlham Əliyev Paralimpiya Oyunlarının medalçılarını mükafatlandırıb
- Paralimpiyaçılarımız vətənə dönüb - FOTO
- Şpaqa və sablya üzrə Bakı birinciliyinin qalibləri bəlli olub
0
0