Daha 3 taekvondoçumuz dünya çempionatında çıxışını başa vurdu
04.05.2011 - 09:16
Cənubi Koreyanın Gyonqju şəhərində keçirilən taekvondo üzrə dünya çempionatını davam edir. Apasport.az saytının məlumatına görə, yarışın IV günü Azərbaycan yığmasının daha 3 üzvü mübarizəyə qoşulub.
Lakin döşəyə çıxan Samir Aydınov, Elvin Məmmədov və Xəyalə Quliyeva ümidləri doğrultmayıb. Onlar mundiala vaxtından əvvəl əlvida deməli olublar.
Kişilər
54 kq
Bu çəkidə döşəyə çıxan Samir Aydınovun debütü uğursuz alınıb. O, ilk döyüşdəcə əfqanıstanlı Vahab Abdul Zazai ilə bacara bilməyib və yekunda 3:2 hesabı ilə uduzaraq, dünya çempionatında çıxışını dayandırıb.
74 kq
Yığmamızın medal ümidlərindən olan Elvin Məmmədov da dünya çempionatına erkən vida edib. İlk mərhələdən azad olan həmyerlimiz 1/64 finalda amerikalı Mark Lopezlə qarşılaşıb və onun gözlənilməz zərbəsinin qurbanı olub.
Qadınlar
46 kq
Milli komandamızın üzvü Xəyalə Quliyeva püşkün nəticəsinə görə ilk döyüşdə Eman Siddig (Sudan) ilə qarşılaşmalı olsa da, döyüş baş tutmayıb. Rəqibin döşəyə çıxmaması həmyerlimizin növbəti mərhələyə yüksəlməsi ilə nəticələnib. Lakin 1/32 finalda taekvondoçumuzun bəxti gətirməyib. Karolena Karstenslə (Panama) qüvvəsini sınayan Xəyalə 0:1 hesabı ilə məğlub olub və vaxtından əvvəl dünya çempionatına əlvida deyib.
Qeyd edək ki, mundialın ilk 3 günündə 9 taekvondoçumuz qüvvəsini sınayıb. Onlardan isə yalnız Ramin Əzizov (80 kq) bürünc medala layiq görülüb.

0
0