4 boksçumuzdan möhtəşəm qələbə
25.07.2011 - 11:01
Qazaxıstanın paytaxtı Astanada boks üzrə yeniyetmələr arasında dünya birinciliyi start götürüb. Apasport.az saytının məlumatına görə, yarışın ilk günündə rinqə çıxan hər 2 boksçumuz məğlubiyyətlə üzləşib.
63 kq çəki dərəcəsində mübarizə aparan Fuad Mustafayevin Ukrayna təmsilçisi Aleksandr Pidmurnyakla döyüşü uğursuz alınıb. Nəticədə, 4:13 hesabı ilə məğlub olan həmyerlimiz dünya birinciliyi ilə vidalaşıb. Daha bir boksçumuz – Məsud Yusifzadə (48 kq) də ilk döyüşündə uduzaraq, yarışdan kənarda qalıb.
Yarışın ikinci günü isə Azərbaycan milli komandası üçün uğurlu olub. Belə ki, rinqə çıxan 4 idmançımızın hamısı qələbə qazanıb. 46 kq çəki dərəcəsində mübarizə aparan Elnur Şəfizadə Banqladeş nümayəndəsi Asif İslamı yarışdan kənarlaşdırıb - 18:9. Malik Muradovun (50 kq) dünya birinciliyindəki debütü daha parlaq alınıb. Həmyerlimiz çernoqoriyalı Stefan Stekuliçi 1-ci raundda nokauta salıb. 54 kq çəki dərəcəsində yarışan Peyman Yusifli isə növbəti mərhələyə gərgin mübarizə nəticəsində vəsiqə qazanıb. Boksçumuz Cənubi Koreya təmsilçisi Hyun-Suk Limi 6:5 hesabı ilə məğlub edib. Nurlan Nağıyev (60 kq) üçün də dünya birinciliyi çətin başlayıb. Milli komandamızın üzvü ilk döyüşdə avstraliyalı Luk Pilarinosla qarşılaşıb. 3 raunddan sonra qalib müəyyən olunmasa da (10:10), hakimlər qələbəni Nağıyevə veriblər.
Qeyd edək ki, 50-ə yaxın ölkənin 500 boksçusunun qatıldığı dünya birinciliyində iyulun 30-da yekun vurulacaq. Yığmamız isə yarışa 12 idmançı ilə yollanıb.

- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
0
0