Azərbaycan üçün təsəlli qələbəsi - YENİLƏNİB
26.07.2011 - 11:38
Bu gün Çinin Ninbo şəhərində təşkil olunan şahmat üzrə dünya çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandası IX turda Misir yığması ilə qarşılaşıb.
Kapitan Vladimir Tukmakov hələ də xala həsrət qalan rəqiblə görüşdə Rauf Məmmədova istirahət verib. Əvəzində Qədir Hüseynovu heyətə qaytaran ukraynalı mütəxəssis yenidən Şəhriyar Məmmədyarovu III lövhədə sınayıb.
Medal qazanmaq şansını itirən həmyerlilərimiz ən yaxşı halda 6-cı yerə ümid etsələr də, arzularını reallaşdıra bilməyiblər. Düzdür, şahmatçılarımız Misiri 2,5:1,5 hesabı ilə məğlub edib. Lakin komandamızı 1 xal qabaqlayan amerikalı zəka sahibləri xal itirmədiyindən yığmamız mundialı 7-ci yerdə başa vurub.
Dünya çempionu adına isə Ermənistan şahmatçıları layiq görülüblər. Mundiala ev sahibliyi edən Çin ikinci, Ukrayna üçüncü yeri tutub.
IX tur
AZƏRBAYCAN – MİSİR - 2,5:1,5
Teymur Rəcəbov (2744) – Əhməd Ədli (2631) - 1:0
Vüqar Həşimov (2760) – Bassem Amin (2609) - 1:0
Şəhriyar Məmmədyarov (2765) – Semi Şoker (2475) - 0:1
Qədir Hüseynov (2625) – Məhəmməd Ezat (2430) - 0,5:0,5
UKRAYNA – ERMƏNİSTAN - 2:2
MACARISTAN – ÇİN - 1,5:2,5
HİNDİSTAN – RUSİYA -2,5:1,5
İSRAİL - ABŞ - 1,5:2,5
Qeyd edək ki, 2009-cu ildə Bursada keçirilən son dünya çempionatında ilk “3-lükdə” qərarlaşan yığmalardan bu dəfə heç biri mükafat qazana bilməyib. Həmin vaxt Rusiya birinci, ABŞ ikinci, Hindistan üçüncü olmuşdu. Azərbaycan şahmatçıları isə dördüncü yeri tutmuşdular.

Komanda | O | Q | H | M | X | ŞG |
|---|---|---|---|---|---|---|
1. Ermənistan | 9 | 5 | 4 | 0 | 14 | 22,5 |
2. Çin | 9 | 6 | 1 | 2 | 13 | 22,5 |
3. Ukrayna | 9 | 5 | 2 | 2 | 12 | 19,5 |
4. Rusiya | 9 | 4 | 2 | 3 | 10 | 21 |
5. Macarıstan | 9 | 4 | 2 | 3 | 10 | 19,5 |
6.ABŞ | 9 | 4 | 2 | 3 | 10 | 18,5 |
7. Azərbaycan | 9 | 3 | 3 | 3 | 9 | 19 |
8. Hindistan | 9 | 3 | 1 | 5 | 7 | 15,5 |
9. İsrail | 9 | 2 | 1 | 6 | 5 | 13 |
10. Misir | 9 | 0 | 0 | 9 | 0 | 9 |
Qeyd edək ki, 2009-cu ildə Bursada keçirilən son dünya çempionatında ilk “3-lükdə” qərarlaşan yığmalardan bu dəfə heç biri mükafat qazana bilməyib. Həmin vaxt Rusiya birinci, ABŞ ikinci, Hindistan üçüncü olmuşdu. Azərbaycan şahmatçıları isə dördüncü yeri tutmuşdular.
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
0
0