Hindistan yığması Bakıya gəlir
30.11.2011 - 21:15
Dekabrda Bakıda boks üzrə 2 turnir keçiriləcək. Boks Federasiyasından apasport.az saytına verilən xəbərə görə, bunlardan biri Azərbaycan boksunun banisi hesab olunan Abbas Ağalarovun xatirəsinə həsr olunmuş gənclər arasında beynəlxalq turnir, digəri isə böyüklər arasında ölkə çempionatıdır.
Abbas Ağalarovun xatirə turniri dekbrın 5-dən 12-ə kimi Şagan Olimpiya İdman Kompleksində keçiriləcək. Artıq Rusiya, Hindistan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Dağıstan komandaları Bakıya gələcəklərini təsdiq ediblər. Dəvət göndərilmiş digər ölkələrin boks federasiyaları yaxın günlərdə bununla bağlı yekun qərarlarını açıqlayacaqlar.
Azərbaycan çempionatı isə dekabrın 19-dan 25-ə kimi Bakı İdman Sarayında keçiriləcək.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0