Azərbaycan Kubokunda püşkatma mərasiminin vaxtı müəyyənləşib
09.09.2025 - 15:26
Azərbaycan Kubokunda püşkatma mərasiminin vaxtı müəyyənləşib

Azərbaycan Kubokunda 2025/26 mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.

Apasport.az PFL-ə istinadən xəbər verir ki, mərasim sentyabrın 17-də "Holiday INN” otelində baş tutacaq.

Saat 15:00-da başlanacaq tədbirə Peşəkar Futbol Liqasının 2025/26 mövsümü üçün akkreditasiya qeydiyyatından keçmiş media nümayəndələri dəvətlidir.

Qeyd edək ki, Azərbaycan Kubokunun 2025/26 mövsümündə 34 komanda iştirak edəcək.