Dadaşovun komandasından xal itkisi
05.10.2024 - 23:21
Dadaşovun komandasından xal itkisi

Türkiyə 1-ci Liqasında 8-ci turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, Renat Dadaşovun çıxış etdiyi "Ankaragücü" də növbəti matçını keçirib.

Komanda "Adanaspor"la qarşılaşıb. Matçda hesab açılmayıb - 0:0.

Dadaşov 69-cu dəqiqədə meydana daxil olub. O, heç nə ilə yadda qalmayıb.

Qeyd edək ki, "Ankaragücü" 10 xalla 13-cü pillədə yer alıb.

0