UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sabah” – TNS oyunu öncəsi təşkil ediləcək açıq məşqlərin və mətbuat konfranslarının vaxtları bəlli olub.
Apasport.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
“Sabah”ın oyun öncəsi mətbuat konfransı iyulun 6-da, saat 17:15-də Şüvəlanda yerləşən Ağır Atletika Akademiyasının zalında baş tutacaq. Təmsilçimizin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq məşqi isə həmin gün saat 18:30-da “Sabah” Futbol Mərkəzində keçiriləcək.
TNS-in oyun öncəsi mətbuat konfransı iyulun 6-da saat 19:15-də, ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq məşqi isə saat 20:00-da, “Bank Respublika Arena”da baş tutacaq.
Qeyd edək ki, “Sabah” – TNS oyunu iyulun 7-də, saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək.