Emin Mahmudov "Neftçi"dən ayrılır - Özəl
01.10.2024 - 16:54
Emin Mahmudov "Neftçi"dən ayrılır - Özəl

Azərbaycan milli komandasının kapitanı Emin Mahmudov klubunu dəyişməyə yaxındır.

Apasport.az-ın əldə etdiyi məlumata görə, 32 yaşlı futbolçunun "Neftçi"dən ayrılacağı gözlənilir.

Belə ki, kapitanlığın ondan alınmasından sonra Mahmudov komandanı tərk etmək istəyir. Eminin karyerasını müxtəlif ölkələrdə davam etdirmək ehtimalları var. Ona Azərbaycan, Türkiyə, həmçinin BƏƏ klublarından təkliflər gəlib.

Millimizin aparıcı üzvünün Rusiyaya qayıtmaq variantı da mümkündür. Belə ki, Eminə Premyer Liqada yarışan paytaxt təmsilçilərindən "elçi düşən"lər olub. Təcrübəli yarımmüdafiəçinin qışa qədər karyerasını harada davam etdirəcəyi dəqiqləşəcək.

Xatırladaq ki, "Saturn"un yetirməsi olan Emin "Spartak"(Moskva), "Krılya Sovetov", "Mordoviya", "Tom", "Boavişta" komandalarında oynadıqdan sonra 2017-ci ildə "Neftçi"yə keçib.

Qeyd edək ki, Mahmudovun "Neftçi" ilə müqaviləsi 2025-ci il iyunun 30-da başa çatacaq.

0