Emin Mahmudov “Neftçi”də 250-ci oyununu keçirib.
Apasport.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının XXXI turuna təsadüf edib.
O, “Qarabağ”la matçın (0:3) 50-ci dəqiqəsində meydana çıxıb.
Emin Premyer Liqada 201 dəfə “ağ-qaralar”ın formasını geyinib. O, Azərbaycan Kubokunda 24, avrokuboklarda 25 dəfə “Neftçi”nin heyətində meydana çıxıb. Bunlardan 4-ü Çempionlar Liqası, 11-i Avropa Liqası, 10-u Konfrans Liqası çərçivəsində baş tutub.
Qeyd edək ki, Mahmudov 250 oyunda 58 qol vurub. O, Premyer Liqada 43, kubokda 6, qitə miqyaslı turnirlərdə 9 dəfə fərqlənib.
- Elmar Baxşıyev: “Hakimlərdən danışmağa başlasaq, futbolu unudacağıq”
- Kurban Berdıyev: “Məşqçilər hakimlikdən danışanda nəsə dəyişir?”
- "Turan Tovuz" “Araz” səfərindən bir xalla qayıdır - YENİLƏNİB
- I Liqa klubunun futbolçusu mükafatlandırılıb
- "Qarabağ" Sumqayıta gəldi, tribunalar doldu - Mövsümün rekordu