
"Məsələ ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə (BOK) müraciət olunacaq".
Bunu apasport.az-a açıqlamasında Milli Olimpiya Komitəsinin mətbuat katibi Murad Fərzəliyev deyib.
Qurum rəsmisi Paris-2024 Yay Olimpiya Oyunlarında medalları korlanan mükafatçıların problemləri barəsində ətraflı araşdırmalar aparıldığını bildirib:
"Hələ ki, iki idmançımızın medallarında bu problem aşkarlanıb. Araşdırmaların nəticələrindən sonra məsələ aydınlaşdırılacaq və BOK-a müraciət olunacaq".
Qeyd edək ki, ötən il Fransanın paytaxtı Parisdə baş tutan Yay Olimpiya Oyunlarında mükafatçılar sırasına düşən Həsrət Cəfərovun bürünc, Qaşım Maqomedovun isə gümüş medalı keyfiyyətini itirib.
Nərmin Vüqarqızı
- Kadinin "Qarabağ"a qoşulacağı tarix bəlli olub
- Rauf Hüseynli: "Növbəti mərhələyə çıxmaq şansımızı itirməmişik"
- Ayxan Abbasov: "Bizə xoşdur ki, "Sumqayıt" "Şamaxı"dan qabaqda olduğu üçün sevinir"
- Cavadov: "Sosial şəbəkələrdə bizə irad bildirən azarkeşlər gəlib stadionu doldursunlar"
- "Şamaxı" 3 xalı 1 qolla qazandı - YENİLƏNİB