İmaməddin Xəlilov: "Bəzi hisslər var ki, onları ifadə etmək olmur"
06.12.2024 - 13:03
İmaməddin Xəlilov: "Bəzi hisslər var ki, onları ifadə etmək olmur"

"Soyuq havada məni qarşılamağa gələn hər kəsə təşəkkür edirəm".

Bunu apasport.az-a açıqlamasında 2024 Paris Yay Paralimpiya Oyunlarının taekvondo üzrə qızıl mükafatçısı İmaməddin Xəlilov deyib. 

Dünya Taekvondo Federasiyası tərəfindən ilin ən yaxşı kişi parataekvondoçusu seçilən İmaməddin özü ilə qürur duyduğunu bildirib: 

"Son Avropa, Dünya və Paralimpiya çempionu idim. Hazırda reytinqdə də liderəm. Öz çəkimdə ən yaxşı olduğumu bilirdim. Çox şükür 2024-cü ildə bu nəticələrlə bütün çəkilər üzrə dünyanın ən güclü kişi idmançısı seçildim. Özümlə qürur duyuram. Hər uğurlu idmançının arxasında öz müəllimi durur. Mən də ilk növbədə Fərid müəllimə təşəkkür edirəm. Həmçinin bizə bu cür şərait yaratdıqlarına görə, prezidentimiz İlham Əliyevə minnətdaram".

Xəlilov mükafatı aldığı zaman keçirdiyi hissləri də bölüşüb: 

"Orda adım çəkilənda çox başqa abu-hava oldu. Həmişə yarışa gedəndə özümlə taekvondo üçün xüsusi paltarlarımı da götürürdüm. Bu dəfə yalnız kostyum götürməyim özümü qəribə hiss etdirdi. Qala gecəsində adım çəkiləndə çox fərqli hisslər keçirdim. Bəzi hisslər var ki, onları ifadə etmək olmur. Bu da həmin anlardan biri idi".

Qeyd edək ki, idmançımız bu gün Honkonqdan Azərbaycana dönüb. 

0