İnqilab Məmmədov dünya çempionatına təyinat alıb
02.10.2024 - 14:24
İnqilab Məmmədov dünya çempionatına təyinat alıb

FIFA referisi İnqilab Məmmədov çimərlik futbolu üzrə dünya çempionatına təyinat alıb.

Apasport.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, referi Avropa zonası üzrə seçmə mərhələsində idarəçilik edəcək.

Seçmə mərhələnin oyunları oktyabrın 4-dən 13-nə qədər İspaniyanın Kadiz şəhərində keçiriləcək.

0