“Kəpəz” müdafiəçisi ilə müqavilə yeniləyib
12.07.2025 - 14:55

"Kəpəz" Ehtiram Şahverdiyev ilə müqaviləni yeniləyib.
Apasport.az xəbər verir ki, son iki mövsümdə Gəncə təmsilçisində çıxış edən futbolçu ilə bir illik razılaşma əldə olunub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müdafiəçi mövqeyində oynayan Şahverdiyev son çempionatda "Kəpəz"in heyətində 35 oyunda meydana çıxıb.
Qeyd edək ki, Ehtiram 2023/2024-cü illər mövsümündə isə 31 matçda iştirak edərək 2 qol vurub.
0
0