
“Araz-Naxçıvan” heyətini gücləndirmək üçün çalışmaları davam etdirir.
Apasport.az saytına verilən məlumata görə, klub “Neftçi”nin sabiq futbolçusu Kilan Lebonu yenidən Azərbaycana qaytarmaq istəyib.
Naxçıvan təmsilçisi Sent-Martin milisinin üzvünü heyətinə qatmaq niyyətində olub.
Amma verilən məlumata görə, Lebon həddən artıq çox maaş tələb edib. Maliyyə məsələlərində razılıq olmadığı üçün Kilanın Azərbaycana dönüşü böyük ehtimalla baş tutmayacaq.
“Neftçi”nin sabiq üzvü maaş məsələsində endirimə gedəcəyi təqdirdə, “Araz-Naxçıvan” onunla müqavilə imzalayacaq.
Xatırladaq ki, muxtar respublika təmsilçisi daha öncə "Neftçi"də çıxış edən Qara Qarayevi də heyətinə qatıb.
Qeyd edək ki, Lebon 2023-cü ilin yanvarından 2025-ci ilə qədər "Neftçi"də çıxış edib.
- "Qarabağ" Rüstəm Əhmədzadə ilə yollarını ayırıb - RƏSMİ
- Elgiz Abbasov: "Hazırda 4 stadionda problem mövcuddur"
- Premyer Liqada stadion dəyişiklikləri baş verib
- Premyer Liqa: Yeni mövsümün püşkatma mərasimi keçirilib - FOTO - YENİLƏNİB
- Elgiz Abbasov: “3 dövrəli çempionatın oynanılması qərarlaşdırılıb”