Millimiz dünya çempionatına qələbə ilə başlayıb
04.10.2024 - 17:49
Millimiz dünya çempionatına qələbə ilə başlayıb

Azərbaycanın çimərlik futbolu millisi İspaniyanın Kadis şəhərində təşkil olunan dünya çempionatının seçmə mərhələsinə qələbə ilə başlayıb.

Apasport.az xəbər verir ki, Sahib Məmmədovun baş məşqçisi olduğu komanda A qrupunun I turunda İngiltərə yığmasını 4:0 hesabı ilə mğlub edib.

Qolları Orxan Məmmədov, Sabir Allahquliyev (2) və Amid Nəzərov vurublar.

Qeyd edək ki, Azərbaycan yığması oktyabrın 5-də Gürcüstan (saat 14:45), 7-də isə İspaniya (saat 20:00) ilə qarşılaşacaq.

0