Millimiz dünya çempionatında İspaniya yığması ilə qarşılaşacaq
07.10.2024 - 10:33
Millimiz dünya çempionatında İspaniya yığması ilə qarşılaşacaq

Azərbaycanın çimərlik futbolu millisi İspaniyanın Kadis şəhərində təşkil olunan dünya çempionatının seçmə mərhələsində bu gün növbəti matçını keçirəcək.

Apasport.az xəbər verir ki, Sahib Məmmədovun baş məşqçisi olduğu komanda A qrupunun III turunda İspaniya yığması ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi buna qədər keçiridiyi iki görüşdə İngiltərəni 4:0, Gürcüstanı isə 7:2 hesabı ilə məğlub edib.

0