Millimizin dünya çempionatındakı matçlarının təqvimi açıqlanıb
02.05.2025 - 16:29
Minifutbol üzrə Azərbaycan millisinin dünya çempionatında keçirəcəyi oyunların vaxtı dəqiqləşib.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Minifutbol Federasiyasının mətbuat xidməti açıqlayıb.
Komandamızın Bakıdakı mundialın qrup mərhələsində keçirəcəyi oyunların başlama saatları bəlli olub. Mayın 21-də Bəhreynə qarşı baş tutacaq ilk görüş saat 20:30-da başlayacaq.
İki gün sonra Sloveniya ilə üz-üzə gələcək millimiz saat 20:45-də meydana çıxacaq. Mayın 25-də keçiriləcək Azərbaycan – Mavritaniya qarşılaşmasının start fiti saat 19:30-da veriləcək.
- Zaur Həşimov: “Düşdüyümüz durum bizi kədərləndirir”
- MPL: “Neftçi” - “Turan Tovuz” matçında bərabərlik - YENİLƏNİB
- U-15 dünya çempionatı: MİLLİMİZDƏN DARMADAĞIN - FOTO
- Prezident İlham Əliyev Azərbaycan – Timor-Leste oyununu izləyir - YENİLƏNİB
- Bakıda FIFA U-15 dünya çempionatı və festivalının açılışı keçirilib - YENİLƏNİB - FOTO
0
0