Millimizin hazırlıq planı bəlli oldu
04.10.2024 - 11:26
Millimizin hazırlıq planı bəlli oldu

UEFA Millətlər Liqasında Estoniya və Slovakiya ilə qarşılaşacaq Azərbaycan milli komandasının hazırlıq proqramı məlum olub.

Apasport.az xəbər verir ki, millimiz oktyabrın 7-də toplaşacaq və ayın 8-9-da "Neftçi" Futbol Mərkəzində məşq keçəcək.

Komanda oktyabrın 9-da, saat 15:00-da Estoniyanın paytaxtı Tallinə yollanacaq. Baş məşqçi Fernandu Santuş komandanı oktyabrın 10-da, Bakı vaxtı ilə saat 18:00-da “Lilleküla” stadionunda Estoniya ilə oyunöncəsi son məşqə çıxaracaq.

Milli Estoniya yığması ilə görüşdən bir gün sonra – oktyabrın 12-də səhər məşqə çıxacaq, Bakı vaxtı ilə saat 14:00-da isə paytaxta qayıdacaq. Oktyabrın 13-də, saat 17:00-da Tofiq Bəhramov adına Respublika stadionunda Slovakiya yığması ilə oyunöncəsi son məşq olacaq.

Qeyd edək ki, Azərbaycan milli komandası C liqasının I qrupu çərçivəsində oktyabrın 11-də “Lilleküla” stadionunda Estoniya yığması, oktyabrın 14-də isə Tofiq Bəhramov adına Respublika stadionunda Slovakiya seçməsi ilə qarşılaşacaq. Hər iki oyun eyni vaxtda – saat 20:00-da başlayacaq.

0